Mançini İtaliya klubuna rəhbərlik edə bilər

İtaliyalı mütəxəssis Roberto Mançini “Milan”a rəhbərlik edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Football İtalia” portalı məlumat yayıb. Klub rəhbərliyi hazırkı məşqçi Paulo Fonsekanın işindən narazıdır və onu istefaya göndərmək istəyir.

Rəhbərliyin bu posta əsas namizədi Roberto Mançinidir.

Son olaraq Səudiyyə Ərəbistanı yığmasına rəhbərlik edən mütəxəssi oktyabrdan işsizdir.