“Mançester Yunayted”in yeni hədəfi

“Mançester Yunayted” “Vulverhempton”da çıxış edən Mateus Kunya ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “talkSport” portalı məlumat yayıb. “Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim 25 yaşlı hücumçunu komandasında görmək istəyir.

“Mançester Yunayted” yay transfer dönəmində Kunya üçün hərəkətə keçəcək.

Braziliyalı hücumçu bu mövsüm 29 oyunda 15 qol vurub.