“Mançester Yunayted”in Tuxel planı

Tomas Tuxel “Mançester Yunayted”i çalışdıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

Qeyd olunub ki, Tuxel “qırmızı şeytanlar”ın baş məşqçi postuna əsas namizədlər arasında əsas yerlərdən birini tutur.

Mövsümün sonunda Tuxelin “Bavariya”dan, Ten Haqın isə “Mançester Yunayted”dən ayrılacağı gözlənilir.