“Mançester Yunayted”in transfer büdcəsi bilindi

“Mançester Yunayted”in yay transfer pəndönəmi üçün büdcəsi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” yeni oyunçular üçün 50 milyon funt-sterlinqdən çox xərcləyə bilməyəcək. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Xəbərdə bəzi futbolçuların satılacağı halda, bu rəqəmin artacağı da bildirilir.

“Mançester Yunayted” Premyer Liqada 2023/24 mövsümünü 8-ci sırada başa vurub.