“Mançester Yunayted”in sabiq futbolçusu Amorimə inanır

“Mançester Yunayted”in sabiq futbolçusu Teddi Şerinqam “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Ruben Amorimlə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, Teddi mütəxəssisis komandada tez nəticə verə biləcəyini deyib:

“Old Trafford”da oturub, əks-hücumdan qol vurmağı gözləyə bilməzsiniz. Amorimin özünəməxsus üslubu var. O, “Mançester Yunayted”də tez nəticə verə bilər. Düşünürəm ki, onların bu mövsüm üç titul qazanmaq şansları var və komanda yaxşı performans göstərsə, istədikləri transferləri də edə bilmək üçün etibarlı olacaqlar”.

Amorim “Mançester Yunayted”lə ilk sınağına 24 noyabrda “İpsviç”lə matçda çıxacaq.