“Mançester Yunayted”in hücumçusu “Qalatasaray”ın hədəfində

“Mançester Yunayted”in hücumçusu Antoni Marsial karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, fransalının xidmətində “Qalatasaray” maraqlıdır.

28 yaşlı futbolçu “Qalatasaray”da daha az maaş almağa razıdır. İyunun sonunda onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti başa çatır.

Fransalı bu mövsüm 19 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.