“Mançester Yunayted”in futbolçusu 3-cü dəfə zədələndi

“Mançester Yunayted”in futbolçusu Meyson Maunt zədələnib.

Futbolpress.az xəbər verir ki, ingilis futbolçu məşqdə xəsarət alıb və Premyer Liqada sabah “Arsenal”la oyunu buraxmalı olacaq. Bu barədə komandanın baş məşqçisi Erik ten Haq yerli mətbuata açıqlamasında deyib.

25 futbolçu bu mövsüm 3-cü dəfə sıradan çıxıb. O, zədə səbəbindən 110 gün yaşıl meydanlardan uzaq qalıb.

Maunt bu mövsüm 19 oyunda bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.