“Mançester Yunayted”in 45 milyonluq təklifini bəyənmədilər

“Mançester Yunayted” “Everton”un futbolçusu Carred Brentueyt üçün yeni təklif göndərib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Qırmızı şeytanlar” 22 yaşlı müdafiəçi üçün 45 milyon funt-sterlinq təklif edib.

“Everton” bu məbləğə razılaşmır və azı 65-70 milyon funt-sterlinq tələb edir.

Brentueyt ötən mövsüm 41 oyunda 3 qol vurub.