“Mançester Yunayted” Avropa Liqasının II turunda “Portu” ilə heç-heçə edib – 2:2.
Futbolpress.az xəbər verir ki, görüşdə “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Bruno Fernandeş qırmızı vərəqə ilə cəzalanıb. Portuqaliyalı hücumçu 32 və 81-ci dəqiqələrdə sarı vərəqə alaraq meydandan qovulub.
UEFA-nın Fernandeşə bir oyunluq cəza verəcəyi özlənilir. Yarımmüdafiəçi III turda İstanbulda “Fənərbağça”ya qarşı keçiriləcək görüşü buraxacaq.
“Fənərbağça” – “Mançester Yunayted” oyunu oktyabrın 24-də olacaq.