“Mançester Yunayted”dən “Fənərbağça”nı sevindirən xəbər

“Mançester Yunayted” futbolçusu Viktor Lindelöfü satmaq istəyir.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” isveçli müdafiəçi üçün təklifləri dəyərləndirəcək. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Mançester Yunayted” rəhbərliyi yeni transferlər üçün maliyyə yığmaq məqsədilə oyunçunu satmaq qərarı verib.

Lindelöfün adı “Fənərbağça” ilə hallanır.

29 yaşlı müdafiəçi 2017-ci ildən “qırmızı şeytanlar”ın formasını geyinir. Onun “transfermarkt”da dəyəri 15 milyon avrodur.