“Mançester Yunayted”dən ayrılan futbolçu Braziliya yolunda

“Mançester Yunayted”dən ayrılan Antoni Marsial karyerasına Braziliyada davam edə bilər.

Futbolpress.az xəbər verir ki, fransalı hücumçu “Flamenqo” ilə danışıqlar aparır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Marsial ötən mövsüm “Mançester Yunayted”lə 13 oyunda 1 qol vurub.