“Mançester Yunayted”də onlar “qara siyahıya” düşdü

“Mançester Yunayted”də altı futbolçu ilə yollar ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Xəbərdə “qırmızı şeytanlar”da müdafiəçilər Viktor Lindelöf, Aaron Van Bissaka, Harri Maquayr, yarımmüdafiəçilər Skott Maktominey, Kristian Eriksen və Antoni üçün gələcək təkliflər dəyərləndiriləcək.

“Mançester Yunayted” yay transfer dövründə baş məşqçi Erik Ten Haqla müqaviləni uzadıb, “Bolonya”dan Yozua Zirkzee, “Lill”dən isə Leni Yoronu transfer edib.