“Mançester Yunayted”in hücumçusu Antoni Martial klubu ilə vidalaşıb.
Futbolpress.az xəbər verir ki, bu barədə hücumçunun özü açıqlama yayıb.
Martial 2015-ci ildən “qırmızı şeytanlar”ın şərəfini qoruyub.
28 yaşlı futbolçunun klubla müqaviləsi mövsümün sonunda başa çatıb.
O, bu mövsüm 19 matçda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.