“Mançester Yunayted”dən ayrılan futbolçu “Barselona”ya keçə bilər

Antoni Martial “Barselona”nın formasını geyinə bilər.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu azad agent olan hücumçunu heyətinə qatmağı düşünür.

Hazırda yekun qərar olmasa da, danışıqlar davam edir.

Hücumçu bu mövsüm “Mançester Yunayted”İn heyətində 13 matçda 1 qola imza atıb.