“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” “Lill”dən 18 yaşlı müdafiəçi Leni Yoronu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə 5+1 illik müqavilə imzalanıb.
“Mançester Yunayted” Yoro üçün 62 milyon avro və bonuslar ödəyəcək.
Futbolçunun adı daha əvvəl “Real”la hallanırdı.