“Mançester Yunayted”də baş məşqçi Erik ten Haqla müqavilə uzadılıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssisin sözləşməsi 2026-cı ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ten Haq 2022-ci ilin yayından komandaya rəhbərlik edir. MY ötən mövsümü Premyer Liqada 8-ci sırada bitirib.