“Mançester Yunayted” onunla danışıqlara başladı

“Mançester Yunayted” futbolçusu Alexandro Qarnaço ilə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.

MY adı Avropa klubları ilə hallanan argentinalı ilə müqaviləni yeniləmək niyyətindədir. Tərəflər arasında danışıqlar başlayıb.

Qarnaçonun indiki sözləşməsi 2028-ci ilin yayına kimidir. 20 yaşlı vinger bu mövsüm 17 oyunda 3 qol vurub.