“Mançester Yunayted” onu satmağa hazırdır

“Mançester Yunayted” futbolçusu Meyson Mauntu satmağa hazırdır.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” 25 yaşlı yarımmüdafiəçi üçün təklifləri dəyərləndirməyə qərar verib. Bu barədə HİTC portalı məlumat yayıb.

Maunt ötən mövsüm 20 oyunda meydana çıxıb. O, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Meysonun “transfermarkt”da dəyəri 35 milyon avrodur.