“Mançester Yunayted” futbolçusu Markus Reşfordu satmaq niyyətindədir.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. “Qırmızı şeytanlar” yanvarda ingilis hücumçunu satmaq istəyir.
Baş məşqçi Ruben Amorim ingilis hücumçunun çıxışından narazıdır. Həm də futbolçunun ayrılığı klubun maaş büdcəsini yüngülləşdirəcək. Reşford həftəlik 365 min funt-sterlinq qazanır.
İngilis hücumçu bu mövsüm 24 oyunda 8 qol vurub.