“Mançester Yunayted” onu 15 milyona satdı

“Mançester Yunayted”in futbolçusu Aaron Van-Bissaka karyerasını “Vest Hem”də davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər 15 milyon avro qarşılığında razılıq əldə edib. 26 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanacaq.

Van-Bissaka ötən mövsümdə 30 oyunda 3 məhsuldar ötürmə edib.