“Mançester Yunayted” ona görə tənqid olundu

İtaliyalı mütəxəssis Paolo Di Kanio yarımmüdafiəçi Skott Maktomineyi “Napoli”yə satan “Mançester Yunayted”i tənqid edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “qırmızı şeytanlar” haqda bunları deyib:

“Maktominey kimi oyunçunu necə satmaq olar? Bu transferdə rolu olan “Mançester Yunayted” rəsmilərini imkanım olsa, həbs edərdim”.

Maktominey yay transfer dönəmində 30 milyon avro qarşılığında “Napoli”yə keçib. O, Neapol klubunda 5 oyunda 2 qol vurub.