“Mançester Yunayted” ilə PSJ razılaşdı

PSJ-nin futbolçusu Manuel Uqarte karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” yarımmüdafiəçinin transferi üçün PSJ ilə anlaşıb. Bu barədə insayder Devid Ornşteyn məlumat yayıb. “Qırmızı şeytanlar” PSJ-yə 50 milyon avro ödəyəcək.

Uqarte 2023-cü ilin yayından PSJ-də çıxış edirdi. O, ötən mövsüm Liqa 1-də 25 oyunda meydana çıxıb.