“Mançester Yunayted” hücumçusunu itirdi

“Mançester Yunayted”in futbolçusu Coşua Zirkze zədələnib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqanın XXXII turunda “Nyukasl”la oyunda zədə alan niderlandlı hücumçu mövsümün qalan hissəsini buraxacaq.

23 yaşlı futbolçu bu mövsüm 48 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.