“Mançester Yunayted” “Çelsi”dən onu istəyir

“Mançester Yunayted” “Çelsi”nin futbolçusu Ben Çiluelli transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “talkSport” nəşri məlumat yayıb. “Qırmızı şeytanlar” 27 yaşlı müdafiəçi üçün rəsmi təklif göndərib.

London klubu hələ təklifi cavablandırmayıb.

“Çelsi”nin baş məşqçisi Enso Mareska Çiluelli heyətdə düşünmür. Futbolçu 2020-ci ildən “zadəganlar”ın formasını geyinir. O, ötən mövsümdə 13 oyunda meydana çıxıb.