“Mançester Yunayted” altı futbolçunu göndərdi

“Mançester Yunayted” altı futbolçusu ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” Antoni Marsial, Rafael Varan, Markus Lourens, Brendon Uilyams, Çarli Manik və Kay Plamli ilə vidalaşıb.

Marsial və Varanın müqaviləsi başa çatıb. Digər oyunçuların isə sözləşməsi ləğv edilib.

“Mançester Yunayted” Premyer Liqada 2023/24 mövsümünü 8-ci sırada bitirib.