“Mançester Yunayted” 131 il sonra bunu yaşadı

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XXII turunda “Brayton”a uduzub – 1:3.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” bu mövsüm çempionatda 12 ev oyununda 6 dəfə məğlub olub. Bu, klub tarixində son 131 ilin ən pis göstəricisidir.

“Mançester Yunayted” Premyer Liqada 22 turdan sonra 26 xalla 13-cü sıradadır.