“Mançester Yunayted”in Xulio Enkisonun icarəsi üçün “Brayton” və “İpsviç” arasındakı müqaviləni ləğv etməyə çalışdığı bildirilir.
Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” son dəfə “Brayton”a zəng edərək yeni müqavilənin mümkün olub-olmadığını soruşub. Mançesterlilərin 20 yaşlı futbolçuya Qarnaçonun potensial əvəzedicisi kimi baxdığı bildirilir. Bununla belə, Enkiso oyun vaxtını digər amillərdən üstün tutub. Bu da onu Mançester təmsilçisinə “sağ ol, amma yox” deməyə vadar edib.
Enkiso artıq “İpsviç” ilə tibbi testlərdən keçib və yaxın saatlarda transferin tamamlanacağı gözlənilir.