“Mançester Siti”nin sabiq futbolçusu Stefan Yovetiç karyerasını Kiprdə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 34 yaşlı hücumçu “Omoniya”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Forvardla 2 illik müqavilə imzalanıb.
Yovetiçin son ünvanı “Olimpiakos” olub. O, yunanlarla Konfrans Liqasını qazanıb.
Monteneqrolu hücumçu daha əvvəl “İnter”, “Mançester Siti”, “Monako” kimi klublarda forma geyinib.