“Mançester Siti”nin istədiyi “Real”lı qərarını verdi

“Real”ın futbolçusu Rodriqo komandadakı gələcəyi ilə bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu Madrid klubunda xoşbəxtdir və ayrılmaq istəmir. Bu barədə AS nəşri məlumat yayıb.

Daha əvvəl “Mançester Siti”nin Rodriqo ilə maraqlandığı ilə bağlı məlumatlar yayılıb.

Braziliyalı futbolçu ötən mövsüm bütün turnirlər daxil olmaqla 51 oyunda 17 qol vurub, 9 məhsuldar ötürmə edib. Onun klubla sözləşməsi 2028-ci ilin yayına kimidir.