“Mançester Siti”nin hücumçusu La Liqa yolunda

“Mançester Siti”nin hücumçusu Yulian Alvares karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Atletiko” argentinalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Marca” nəşri məlumat yayıb. Madrid klubunun nümayəndələri oyunçunun agenti ilə ilkin danışıqlara başlayıb.

24 yaşlı forvard 2023/24 mövsümündə 54 oyunda 19 qol vurub.