“Mançester Siti”nin Haaland planı

“Barselona”, “Real”, “Bavariya” və PSJ “Mançester Siti”nin hücumçusu Erlinq Haaland ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, klublar mövsümün sonunda oyunçunun transferi üçün mübarizə aparacaq. Bu barədə “El Nasional” nəşri məlumat yayıb.

“Mançester Siti” Haalandla müqaviləni yeniləmək və 100 milyon avroluq sərbəstqalma məbləği qoydurmaq istəyir.

Norveçli hücumçu bu mövsüm 21 oyunda 18 qol vurub. Onun sözləşməsi 2027-ci ilin yayına kimidir.