“Mançester Siti”nin futbolçusu Ruben Diaş Çempionlar Liqasında “Real”a uduzduqları görüşdən sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, müdafiəçi 2:3 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Yaxşı nəticə arzulayırdıq. Çalışdıq, amma olmadı. Heç nə bitməyib. Hər şey inamdan asılıdır. İspaniyada necə oynayacağımızı bilirik. Buna görə də, cütün taleyini bizz həll edəcəyik. İnanırıq ki, istədiyimiz nəticəni əldə edəcəyik”.