“Mançester Siti”nin futbolçusu “Çelsi”yə keçə bilər

“Mançester Siti”nin futbolçusu Cek Qriliş yayda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, “Çelsi” ingilis vingerin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Qriliş 2021-ci ilin yayından “Mançester Siti”də çıxış edir. O, bu mövsüm 35 oyunda 3 qol vurub, eyni sayda məhsuldar ötürmə edib.