“Mançester Siti” futbolçusu Kalvin Fillipsi icarəyə verib.
Futbolpress.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümünü “İpsviç”də icarədə olacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fillips 2022-ci ildə 49 milyon avro qarşılığında “Lids”dən “Mançester Siti”yə keçib. O, “şəhərlilər”də 31 oyunda 1 qolla yadda qalıb.