“Mançester Siti” İngiltərə Premyer Liqasının VIII turunda “Vulverhempton”u məğlub edib – 2:1.
Futbolpress.az xəbər verir ki, Qvardiolanın yetirmələri çempionatda 31 oyundur uduzmur. Bu, klub tarixinin rekord göstəricisidir.
“Mançester Siti” sonuncu dəfə ötən ilin dekabrında “Aston Villa”ya məğlub olub – 0:1.
“Şəhərlilər” Premyer Liqada 8 turdan sonra 20 xalla ikinci sıradadır və lider “Liverpul”dan bir xal geridədir.