“Mançester Siti”dən “Atletiko”ya

“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi “Mançester Siti”dən Xulian Alvaresi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb.

“Atletiko” Alvares üçün “Mançester Siti”yə 75 milyon avro ödəyəcək.