“Mançester Siti”də yeni müqavilə

“Mançester Siti” qapıçısı Stefan Orteqa ilə yeni müqavilə imzalayıb.

Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “çərçivə” qoruyucusu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.

Alman qapıçı 2022-ci ildən “şəhərlilər”in formasını geyinir. 31 yaşlı qapıçı geridə qalan mövsüm 20 oyunda 12 qol buraxıb.