“Mançester Siti”də sürpriz müqavilə

“Mançester Siti” qapıçısı Skott Karsonla müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, 38 yaşlı qolkiperin sözləşməsi 2025-ci ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Karson 2021-ci ildən “Mançester Siti”də çıxış edir. 38 yaşlı qolkiper bu mövsüm oyuna çıxmayıb.