“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “şəhərlilər” “Ayntraxt”dan Omar Marmuşu transfer edib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Mançester Siti” misirli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq.
Marmuş bu mövsüm Bundesliqada 15 qol vurub, 9 məhsuldar ötürmə edib.