“Mançester Siti”dən rekord göstərici

“Mançester Siti” İngiltərə Federasiya Kubokunda yarımfinala yüksəlib.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər”in tarixində ardıcıl 7-ci dəfə bunu bacarıb. Bu, kubokun rekord göstəricisidir.

1/4 finalda “Bornmut”u mübarizədən kənarlaşdıran (2:1) “Mançester Siti”nin final yolundakı rəqibi “Nottingem Forest” olacaq.