“Mançester Siti” futbolçusu Yan Koutu satıb.
Futbolpress.az xəbər verir ki, 22 yaşlı müdafiəçi karyerasını Dortmund “Borussiya”sında davam etdirəcək. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. “Mançester Siti” Koutun satışından 30 milyon avro qazanacaq.
Müdafiəçi ötən mövsümü “Jirona”da icarədə keçirib. O, La Liqada 38 oyunda 2 qol vurub, 10 məhsuldar ötürmə edib.