“Mançester Siti” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, “şəhərlilər”in müdafiəçisi Con Stounz sıradan çıxıb. O, Çempionlar Liqasının pley-off mərhələsinin “Real”la cavab görüşündə xəsarət alıb.
30 yaşlı oyunçunun durumu tibbi müayinədən sonra bilinəcək.
“Mançester Siti” “Real”a 1:3 hesabıyla uduzub.