“Mançester Siti” və “Bavariya”nın hədəfindəki türk

“İnter”in futbolçusu Hakan Çalhanoğlu mövsümün sonunda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Siti” və “Bavariya” türkiyəli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Caught Offside” portalı məlumat yayıb. Klublar mövsümün sonuna kimi oyunçunun durumunu yaxından izləyəcək.

Hakanın “İnter”lə sözləşməsi 2027-ci ilin yayına kimidir. 30 yaşlı futbolçu bu mövsüm 11 oyunda 3 qol vurub.