“Bayer”in hücumçusu Florian Virts mövsümün sonunda klubunu dəyişə bilər.
Futbolpress.az xəbər verir ki, “Mançester Siti” və “Bavariya” alman futbolçu ilə danışıqlara başlayıb. Bu barədə “Bild” nəşri məlumat yayıb.
Virtsin klubla müqaviləsi 2027-cı ilin yayına kimidir. “Bayer” oyunçunun satışından yaxşı məbləğ əldə etmək üçün onunla müqaviləni yeniləmək və sözləşməyə yüksək məbləğli sərbəstqalma məbləği qoymaq istəyir.
21 yaşlı hücumçu bu mövsüm 19 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə edib.