“Mançester Siti” “Seltik”ə uduzdu

“Mançester Siti” yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” Şotlandiyanın “Seltik” komandası ilə üz-üzə gəlib. 7 qolun vurulduğu matç “Seltik”in qələbəsiylə başa çatıb.

“Mançester Siti”nin heyətində Oskar Bobb, Maksim Perrone və Erlinq Haaland fərqlənib. “Seltik”in qollarını isə Nikolas Herris Kyun (2), Keqo Furuhasi və Luis Palma vurub.