İspaniya La Liqasının rəhbəri Xavyer Tebas İngiltərədə maliyyə feyr-pleyi qaydalarını pozmaqda ittiham edilən “Mançester Siti” klubu haqda danışıb.
Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, funksioner “şəhərlilər”in cəzalanmalı olduğunu deyib:
“Premyer Liqa rəhbərliyi təzyiqə boyun əyməməlidir. “Mançester Siti” qaydaları pozub və layiqli cəzasını almalıdır. Əks halda, çempionat nüfuzunu itirəcək. İngiltərədə bir çox klub rəhbəri ilə danışmışam və əksəri “Mançester Siti”nin cəzalandırılmalı olduğunu düşünür”.
“Mançester Siti” 2009-2024-cü illərdə 115 dəfə maliyyə qaydalarını pozmaqda ittiham edilir.