“Mançester Siti” qapıçı axtarışında

“Mançester Siti” “Verder”in qapıçısı Maykl Zettereri transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Qeyd olunub ki, komanda hazırkı “çərçivə” qoruyucusu Edersonun mümkün ayrılığını nəzərə alaraq bu transferi gərçəkləşdirmək niyyətindədir.

Geridə qalan mövsümdə Zetterer Almaniya çempionatında 27 oyun keçirib, və 37 qol buraxıb. 6 matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb.