“Mançester Siti” futbolçusu Fil Fodenin müqaviləsini uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, “şəhərlilər” Avro-2024-dən sonra ingilis yarımmüdafiəçi həftəlik 375 min funt-sterlinq qazanacağı sözləşmə təklif etməyi planlaşdırır. Foden bunu qəbul etsə, Premyer Liqada ən çox maaş alan futbolçu olacaq.
Foden son mövsümdə çempionatda 35 oyunda 19 qol vurub, 8 məhsuldar ötürmə edib. Onun indiki müqaviləsi 2027-ci ilin yayına kimidir.