“Mançester Siti”nin futbolçusu Joao Kanselo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Əl Hilal” portuqaliyalı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
“Mançester Siti” 30 yaşlı oyunçunu satmaqda maraqlıdır. “Əl Hilal” Kanselo üçün 35 milyon avro təklif edib.
Ötən mövsümdə “Barselona”da icarədə olan futbolçu 42 matçda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.