“Mançester Siti” ona yeni müqavilə təklif edəcək

“Mançester Siti” argentinalı hücumçu Yulian Alvareslə danışıqlara başlayacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Şəhərlilər” forvardı komandada saxlamaq istəyir və ona yeni sözləşmə təklif edəcək.

Daha əvvəl Alvaresin klubdan ayrılmaq istədiyi iddia edilib.

24 yaşlı hücumçu 2022-ci ilin yayından “Mançester Siti”də çıxış edir. O, Premyer Liqada 67 oyunda 20 qol vurub, 10 məhsuldar ötürmə edib.